Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ turistlər üçün COVID-19 testini ləğv edəcək

ABŞ turistlər üçün COVID-19 testini ləğv edəcək

Tarix: 11 Iyun 2022 07:56

ABŞ administrasiyası ölkəyə gələn turistlər üçün koronavirus ilə bağlı məcburi "PCR" testi tələbinin ləğv edildiyini açıqlayıb.

"ABŞ Xəstəliklərə Nəzarət və Profilaktıkası Mərkəzləri elmi məlumatlara əsaslanaraq, bu tələbin hazırda lazım olmadığına dair qərar verib", - deyə ABŞ prezident administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.

Eyni zamanda o, epidemioloji vəziyyətin kəskin pisləşdiyi halda tələbin geri qaytarıla biləcəyini vurğulayıb.

Amerika turizm sənayesinin nümayəndələri testin ləğvi üçün fəal şəkildə çıxış edirdilər.

Milli.Az


Etiketlər:  ABŞ turistlər üçün COVID 19 testini ləğv edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ