Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiyanın 120 günlük müharibə planı var''

''Rusiyanın 120 günlük müharibə planı var''

Tarix: 12 Iyun 2022 14:52

Rusiyanın Ukraynada 120 günlük müharibə planı var və sonrakı düzəlişləri şərqdəki uğurdan asılı olacaq.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski verib.

"Rusiyanın Baş Qərargahı cəbhədəki uğursuzluqlar səbəbindən hər 30 gündən bir hədəflərində dəyişikliklər edir. Bununla belə, işğalçıların hələ də dövlətimizə qarşı uzunmüddətli müharibə aparmaq potensialı var.

Rusların 120 günlük müharibə planı olması barədə məlumatları təsdiqləmişik. Bu planın sonrakı korreksiyası düşmənin nə qədər uğurlu olmasından və ya əksinə, Ukraynanın şərqindəki vəziyyətdən asılı olacaq. Lakin Putinin müharibənin əvvəlində elan etdiyi xüsusi hərbi əməliyyat adlanan məqsədə ruslar nail ola bilmədi", - Skibitski qeyd edib.


Etiketlər:  Rusiyanın günlük müharibə planı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ