Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2022 19:46
Qərbdə sülh naminə adekvat dialoq apara biləcək siyasətçi qalmayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib.
"Qərbdə intellektual siyasi gözəllik darmadağın edilib, daha Kennedi miqyasında planetdə ümumi sülh naminə dialoq apara biləcək şəxsiyyətlər qalmayıb. Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı bütün növ rusofobların məhz Ukraynaya nüvə silahını vermək istəklərinin, NATO-nun şərqə doğru genişlənməsinin və Ukrayna ərazisində anti-Rusiya dayağı yaratmaq cəhdlərinin nəticəsidir", - o bildirib.