Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2022 21:48
Rusiya Ukraynanın Ternopil bölgəsində ABŞ və Avropa ölkələrinin təchiz etdiyi tank və zenit-raket komplekslərinin olduğu anbarı məhv edib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda nazirliyin sözçüsü İqor Konaşenkov məlumat verib.
Rusiya ordusunun Ukraynadakı hərbi bölgələrə hücumlar təşkil etdiyini bildirən Konaşenkov, "ABŞ və Avropa ölkələrinin Ukrayna rəhbərliyinə verdiyi tank əleyhinə və daşınan zenit-raket komplekslərinin olduğu anbar dənizdən atılan "Kalibr" yüksək dəqiqlikli raketlərlə məhv edilib" qeyd edib.
Konaşenkov son 24 saat ərzində havadan atılan yüksək dəqiqlikli raketlərlə 15 hərbi bölgənin vurulduğunu, bu hücumlarda "Buk M-1" hava hücumundan müdafiə raket sistemi, radar və reaktiv yaylım atəşinin batareyalarının məhv edildiyini bildirib.
"Rusiya taktiki birliklərinin 150 ukraynalı millətçisini, 6 tankını, 5 artilleriya texnikasını və 10 xüsusi texnikasını məhv etdiyini" deyən Konaşenkov Ukrayna ordusuna aid 3 "Su-25" tipli döyüş təyyarəsi və 8 pilotsuz uçuş aparatının vurulduğunu qeyd edib.