Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2022 09:16
"Keşlə"nin (indi "Şamaxı" adlanır) sabiq hücumçusu Anatoli Abanq özünə Kamerunda toy edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, paytaxt Yaounde şəhərində keçirilən məclisdə futbolçunun yaxınları iştirak ediblər.
Qeyd edək ki, Abanq azərbaycanlı Adelya xanımla ailə qurub. Cütlük hücumçu hələ "Keşlə"də çıxış edərkən Bakıda da toy məclisi qurmuşdular.
25 yaşlı forvard hazırda Birləşmiş Ərəb Əmirliyinin "Əl Bataeh" klubunda forma geyinir.
Cütlüyün bir övladı var.