Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurban bayramı üçün göndərilən 16 min qoyunu daşıyan gəmi batdı

Qurban bayramı üçün göndərilən 16 min qoyunu daşıyan gəmi batdı

Tarix: 13 Iyun 2022 16:54

Bazar günü Sudanın Suakin limanında 16 min qoyunu daşıyan gəmi batıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, qəzaya səbəb həddindən artıq yüklənmə olub.

Ekipaj son anda qaçmağı bacarıb.

Məlumata görə, heyvanların Qurban bayramı ərəfəsində Səudiyyə Ərəbistanına göndərilməsi nəzərdə tutulub. Estakadada batan "BADR 1" gəmisinin ilkin maksimal tonnajı 9 min heyvan, modifikasiyadan sonra isə maksimum yük 12 min baş olub.

Liman rəhbərliyi artıq mal-qaranın kütləvi şəkildə tələf olması səbəbindən Qırmızı dəniz üçün ciddi ekoloji təhlükə barədə xəbərdarlıq edib.


Etiketlər:  Qurban bayramı üçün göndərilən qoyunu daşıyan gəmi batdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ