Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2022 07:54
Koronavirusla yanaşı iş, məktəb və iqtisadi həyatımız da qəfil və kəskin dəyişiklik yaşadı. Bu dəyişikliklə narahatlıq və stres əmsallarımız artdı.
Çoxumuz stresə qarşı mübarizə üsulu olaraq yüksək şəkər, un və yağ tərkibli qidalara üz tutduq. Amma unutmaq lazım deyil ki, bu qidaların piylənmə və diabet kimi bir çox xəstəlik üçün əsasdır.
Bu gün bəziləri bir çox xəstəliklərin əsas səbəbi olaraq göstərilən stresdən qurtulmaq üçün ya idmana üz tutur, ya da yeməyə həddindən artıq diqqət yetirir.
Türkiyəli psixoloq və dietoloq M.Berrin Ak isə stresə qarşı mübarizə metodu olaraq yeməyi seçənlər üçün 10 vacib qida tövsiyəsi edib.
Balqabaq toxumu
Balqabaq toxumu stress zamanı artan və stres əlamətlərini azaldan kortizol səviyyəsinin tənzimlənməsində rol oynayan maqneziumun ilkin mənbəyidir. Stresli olduqda qəlyanaltılarınıza 1 ovuc balqabaq toxumu əlavə edin.
Yulaf əzməsi
Serotonin səviyyəsinin artmasına kömək olaraq içdiyiniz südə və yediyiniz qatığa stresi azaldan yulaf əzməsi əlavə edə bilərsiniz.
Qırmızı bibər
C vitamini üçün yaxşı bir qaynaqdır. Vitamin C qanda stres hormonu olan kortizol səviyyəsini aşağı salmaqla stresinizi azaltmağa kömək edir. Stres zamanı yeməklərinizə və ya salatlarınıza qırmızı bibər əlavə edin.
Yaşıl çay
Tərkibində əhval pozğunluqlarına müsbət təsir göstərən "L-Theanine" adlı amin turşusu var. "L-Theanine" stresi azaldan serotonin və dopamin hormonlarının istehsalında kömək edir. Beyindəki streslə əlaqəli kimyəvi maddələrin səviyyəsini aşağı salmaqla stres və narahatlığı azaldır.
Ürək və qan təzyiqi kimi xroniki sağlamlıq probleminiz yoxdursa, qəlyanaltılar zamanı və ya günün başlanğıcında yaşıl çay için.
Qızıl balıq
Streslə mübarizədə təsirli rol oynayan D vitamini və "Omega-3" yağ turşuları ilə zəngin olan qızıl balıqdan közdə, qaynatma və sobada bişirmə kimi sağlam bişirmə metodlarından istifadə edərək həftədə ən azı 2 dəfə istehlak edin.
Tünd şokolad
Serotonin və endorfin kimi bizi özümüzü yaxşı hiss etdirməyə kömək edən beyindəki norotransmitterlərin səviyyəsini artırır. Buna görə stresli anlarınızda özünüzü daha yaxşı hiss etməyiniz üçün qəhvənizin yanında ən azı 70 faiz kakao olan tünd şokolad qoyun.
Yaşıl mərci
Selen ilə çox zəngin olan, əhvalınızı yaxşılaşdırmağa kömək edən yaşıl mərcidən salatlarınızda və ya yeməklərinizdə istifadə edə bilərsiniz.
Kefir
Probiotik qidalar bağırsaq florasını tənzimləyərək, stresi azaltmağa kömək edir. Kefir istehlakını vərdiş edərək təbii bağırsaq bakteriyalarını dəstəkləyə bilərsiniz. Bununla da streslə əlaqəli xəstəlik riskini azalda bilərsiniz.
Qaragilə
Streslə mübarizədə təsirli kimyəvi maddə olan dopamin istehsalına kömək edir.
Yumurta
Serotonin yaratmağa kömək edən və amin turşusu olan triptofanın ilkin mənbəyidir. Eyni zamanda, yemək süfrənizdə D vitamini, sink, maqnezium və seleniumla zəngin mənbə olan yumurtadan istifadə streslə mübarizə yüksək göstəriciyə malikdir.