Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tur şirkəti xəsarət alan məktəblilərin müalicə xərclərini niyə ödəməyib? - VİDEO

Tur şirkəti xəsarət alan məktəblilərin müalicə xərclərini niyə ödəməyib? - VİDEO

Tarix: 14 Iyun 2022 14:22

Bakı-Şamaxı yolunda qəzaya düşən məktəblilərin valideynləri və səfərin təşkilində adı hallanan şirkət arasında narazılıq yaşanıb. Buna səbəb şirkətin xəsarət alanlara görə sığorta ödənişi etməməsi olub. Nəticədə valideynlər ağır xəsarət alan məktəbliləri özəl xəstəxanalara yerləşdirə bilməyiblər. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, övladı qəzada xəsarət alan valideynlərdən biri - Aynur Qasımova deyib ki, şirkətə müraciət etsələr də, onlara sığorta ödənişi edə bilməyəcəklərini bildiriblər.

Şagirdlərin müalicə xərcləri isə icbari tibbi sığorta ilə ödənib.

Hadisə nəticəsində tur bələdçisi Xəyalə Abışova da xəsarət alıb. O, hadisənin necə baş verdiyini xatırlamadığını deyib.

Məsələ ilə bağlı "Empathy travel" şirkəti ilə əlaqə saxladıq. Şirkətin  nümayəndəsi Murad Qəhrəmanov "Xəzər Xəbər"ə bildirdi ki, həmin tur konkret şirkət vasitəsilə təşkil edilməyib. Onun sözlərinə görə, gəzintiyə getmək istəyən şəxslərin müraciəti əsasında onlar nəqliyyat vasitəsi və bələdçi ayrıbılar. Tur öncəsi həm bələdçi, həm də sürücü istər təhlükəsizlik qaydaları ilə, istərsə də tur iştirakçılarına qarşı davranışla bağlı təlimatlandırlıb. O, sığorta ödənişi məsələsinə də münasibət bildirib.

Qeyd edək ki, qəza ilə bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılıb. Araşdırmanın nəticəsinə uyğun olaraq Cinayət Məcəlləsinin nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulması maddəsi ilə cinayət işi başlanıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Tur şirkəti xəsarət alan məktəblilərin müalicə xərclərini niyə ödəməyib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ