Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2022 14:32
Rusiyaya qarşı sanksiyalar fonunda Ermənistan iqtisadiyyatı üçün vəziyyət xoş deyil.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan "Əl Cəzirə" telekanalına müsahibəsində deyib.
"Şübhəsiz ki, Ermənistan iqtisadiyyatına təkcə Rusiyadakı iqtisadi situasiya birbaşa təsir etməyib, həm də ərzaq təminatı ilə bağlı problemlər, inflyasiya və digər faktorların doğurduğu qlobal iqtisadi gərginlik də təsir edib", - Paşinyan bildirib.
Paşinyan ölkə iqtisadiyyatındakı vəziyyətin idarə edilən olacağına ümidini ifadə edib.