Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Türkiyənin yeni hərbi əməliyyatına göz yummayacaq - Rusiyadan SƏRT AÇIQLAMA

Rusiya Türkiyənin yeni hərbi əməliyyatına göz yummayacaq -  Rusiyadan SƏRT AÇIQLAMA

Tarix: 15 Iyun 2022 13:34

Rusiya Ankaranın Finlandiya və İsveçin NATO-ya qoşulması ilə bağlı mövqeyi müqabilində Türkiyənin Suriyanın şimalında yeni hərbi əməliyyatına göz yummağı planlaşdırmır.

Sonxeber.net xəbər verir ki, bunu jurnalistlərə bu gün, iyunun 15-də Rusiya Federasiyası prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

"Bizim əməliyyata (Türkiyə Suriyanın şimalında - red.) göz yummağımız müqabilində Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı mümkün mübadilələrə (Türkiyənin mövqeyinə görə - red.) gəlincə, - belə bir şey yoxdur. Biz ticarət etmirik. Biz bölgədəki müttəfiqlərimizi təslim etmirik", - deyə o, Ankaranın Finlandiya və İsveçin NATO-ya daxil olmasını davamlı olaraq əngəlləməsi müqabilində Rusiya Federasiyasının Türkiyənin Suriyanın şimalındakı əməliyyatının hər hansı bir hissəsinə göz yumub-yumamayacağı sualına cavab verib.

"Bunlar sadəcə danışıqlardır", - Lavrentyev qeyd edib.

Aslan Məmmədov


Etiketlər:  Rusiya Türkiyənin yeni hərbi əməliyyatına göz yummayacaq Rusiyadan SƏRT AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ