Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qobustan qoruğunda ''Avropa İrs Günləri'' qeyd olunub (FOTO)

Qobustan qoruğunda ''Avropa İrs Günləri'' qeyd olunub (FOTO)

Tarix: 19 Sentyabr 2019 16:25

Bakı. Ceyhun Ələkbərov - Trend:

Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub.

Trend-in məlumatına götə, 19-20 sentyabr tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlarda "Avropa İrs Günləri" layihəsinə həsr olunmuş tədbirin ilk günü keçirilib.

Sentyabrın 19-da “Avropa İrs Günləri” layihəsinin qeyd olunması məqsədi ilə qoruqlarda “Açıq qapı” günü təşkil olunub.

Tədbirdə çıxış edən qoruğun direktoru Vüqar İsayev bildirib ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan Avropa İrs Günləri hər ilin sentyabr ayının sonlarında qeyd olunur: "Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, “Açıq qapı” günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə ictimaiyyətin diqqətini cəlb etmək və milli-mədəni irsi təbliğ etməkdir".

Hər il Qobustana marağın daha da artdığını deyən Vüqar İsayev vurğulayıb ki, qoruğa gələn turistlərin sayı ilbəil artmaqdadır.

Tədbirdə fəxri qonaq kimi çıxış edən Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bondin Azərbaycan mədəni irs nümunələri haqqında dərin təəssürata malik olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanda UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması vacib olan xeyli sayda abidələr var.

Tədbirdə daha sonra Xalq rəssamı Arif Hüseynovun təqdimatında uşaqlar üçün rəssamlıq üzrə təşkil olunan ustad dərsləri keçirilib.İştirakçılara sertifikatlar təqdim olunub.

Xüsusi qayğıya ehtiyacı olan fiziki məhdudiyyətli yaradıcı uşaq və gənclərin əl işlərindən ibarət sərgi – satış təşkil olunub.

Sonda “Kadr arxasında Qobustan” adlı mini-tur keçirilib. “Kadr arxasında Qobustan” turu ilə ziyarətçilər Qobustanın ekskursiya marşrutlarından kənarda - “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Qanlı zəmi” və digər onlarla məşhur filmlərin çəkildiyi məkanlar və ərazidə yerləşən abidələrlə tanış ola bilərlər. Yeni turların məqsədi filmlərin çəkildiyi məkanlara səfərlər təşkil etməklə həmin ərazidə yerləşən abidələri ictimaiyyətə fərqli formada təqdim etməkdir.

Qeyd edək ki, hər il ölkəmizin müxtəlif regionlarında keçirilən tədbirlər bu il Qobustan Milli Tarix-Bədii Qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Zaqatala Tarix-Mədəniyyət Qoruğu və Quba şəhərində “Soyqırım memorial kompleksi”nidə də geniş qeyd olunur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Qobustan qoruğunda Qobustan qoruğunda Qobustan qoruğunda Qobustan qoruğunda Qobustan qoruğunda Qobustan qoruğunda Qobustan qoruğunda Qobustan qoruğunda


Etiketlər:  Qobustan qoruğunda Avropa İrs Günləri qeyd olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ