Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karyerasını sıfırdan qurmuş dünyanın ən zəngin xanımları

Karyerasını sıfırdan qurmuş dünyanın ən zəngin xanımları

Tarix: 17 Iyun 2022 03:24

"Forbes" jurnalı bu dəfə sıfırdan karyera qurmuş dünyanın ən zəngin qadınlarının reytinqini dərc edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, nəşrin reytinqinə iş qadını Diane Hendrix liderlik edib. O, bu sıraya dam örtüyü satışından əldə etdiyi 12 milyard dollarla layiq görülüb. İkinci yerdə səhiyyə proqramlarının yaradıcısı Cudi Folkner yer alıb. Onun hesabında hazırda 6,7 milyard dollar pul var.

İlk onluğu amerikalı tok-şou aparıcısı Opra Uinfrin tamamlayır. 68 yaşlı teleaparıcı karyerası boyunca 2,6 milyard dollar qazanıb. Məşhur müğənni Rihanna isə 1,4 milyard dollar qazancla 21-ci sırada qərarlaşıb.

Dünyaca məşhur 24 yaşlı model Kayli Cenner 600 milyonluq qazancı ilə siyahıda 41-ci ola bilib. Müğənnilər Madonna və Taylor Svift isə sıralamada 47 və 48-ci olublar.

Nəşrin siyahısında məşhurlar arasında yer alan ifaçı Beyons 61-ci, aktrisa Riz Uizerspun 65-ci, aparıcı Ellen Deceneresindi isə 72-ci yerdədir.

Milli.Az


Etiketlər:  Karyerasını sıfırdan qurmuş dünyanın zəngin xanımları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ