Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azyaşlı bacı-qardaşın üzləşdiyi faciəvi hadisənin TƏFƏRRÜATI

Azyaşlı bacı-qardaşın üzləşdiyi faciəvi hadisənin TƏFƏRRÜATI

Tarix: 17 Iyun 2022 10:02

Dünən Sabirabadda bir azyaşlının vəfatı, digərinin isə ağır vəziyyətdə Bakıya çatdırılması ilə nəticələnən zəhərlənmə hadisəsinin təfərrüatları üzə çıxıb.

Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə Şıxlar kəndində Fəxrəddin Rzayevə məxsus evdə baş verib. Belə ki, qonşuluqda yaşayan 1966-cı il təvəllüdlü Səkinə Rzayeva nəvələri: 2008-ci il təvəllüdlü Əhmədzadə Zəhra Emin qızı və 2011-ci il təvəllüdlü Elmar ilə qardaşı Fəxrəddinin evinə təmizlik işləri görməyə gedib. Qadın yaşayış olmayan qardaşı evində təmizlik işləri görərkən nəzarətsiz qalmış uşaqlar evdə olan su qabındakı mayeni içiblər. Az sonra uşaqların ikisinin də səhhəti kəskin pisləşib və onlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin 14 yaşlı Zəhra dünyasını dəyişib, 11 yaşlı Elmar isə ağır vəziyyətdə Bakıya - Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Hazırda Elmar Əhmədzadənin vəziyyətinin normallaşdığı bildirilir.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.


Etiketlər:  Azyaşlı bacı qardaşın üzləşdiyi faciəvi hadisənin TƏFƏRRÜATI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ