Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2022 19:27
Yeməkdən sonra yayılıb uzanmaq zərərlidir.
Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, qastroenteroloq həkim Natalya Marçenko yeyəndən sonra mədə-bağırsağa dəstək olmaq üçün ideal pozanı açıqlayıb:
"Yeməkdən sonra uzanmaq, yarıuzanılı vəziyyət mədədə, qarında ağırlıq, köp, göynəmə, reflüks yaradır. Buna adət edənlərdə mədədə orqanik dəyişiklik olur. Yeməkdən yarım saat sonraya kimi uzanmaq olmaz. Eləcə də aşağı əyilmək, iş görmək məsləhət deyil. Bu pozalarda sfinkterə təzyiq artır.
Xüsusən mədə-bağırsaq problemi olanlara yeməkdən sonra uzanmaq qəti qadağandır. Bu dispeptik sindromu artırır, müalicəyə mane olur.
Yeməkdən sonra ayaqları qarına sıxıb oturmaq, qaçmaq da olmaz.
Ən ideal variant yeməkdən sonra 15 dəqiqə düzgün oturmaq, 15 dəqiqə gəzməkdir. Yemək ağızda sıyıq hala düşənə kimi çeynənməlidir".