Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2022 20:03
Qanda xolesterinin yüksəlməsi zamanı artıq xolesterin damarların divarlarında yığılmağa başlayır ki, damarlar daralır, zəifləyir, partlamaya meylli olurlar.
Təəssüf ki, xolesterinin damarlarda yığılması ilkin mərhələlərdə özünü heç bir simptomla büruzə vermir və ya bu simptomlar spesifik olmur və insanlar onları digər xəstəliklərlə əlaqələndirir.
Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, tanınmış Almaniyalı həkim Kurt Heqmanın (University of Utah Health) sözlərinə görə, yüksək xolesterin, yüksək təzyiq və diabetdən əziyyət çəkən insanların əksəriyyəti çiyində ağrılardan əziyyət çəkir.
Alim bildirir ki, məhz çiyin ağrısı ürək xəstəliyinin yüksək riski ilə əlaqələlidir.
Bundan əlavə damarların xolesterinlə tutulması zamanı bir çox insanlar yeriyəndə ayaqlarında ağrı hiss edirlər və bu ağrı bir neçə dəqiqə dincələndən sonra keçir.