Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tromboz nədir?

Tromboz nədir?

Tarix: 18 Iyun 2022 22:18

Qanın damar daxilində və ya ürək boşluqlarında laxtalanması tromboz, bu zaman əmələ gələn qan laxtası isə tromb adlanır. Tromb orqanizmin limfa damarlarında da əmələ gələ bilir.
Trombun əmələ gəlməsinin əsas səbəbi qanın laxtalanma qabiliyyətinin artması və onun damar daxilində maye halında qalmasını təmin edən sistemin fəallığının azalmasıdır.
Damarlarda əmələ gəlmiş trombun ölçüsü müxtəlif olur. Bəzi hallarda ürək boşluğunu və iri damarların bir hissəsini tamamilə tutan tromblara təsadüf edilir. Lakin damarlarda mikroskopik tromblara da rast gəlmək olur.
Tromb adətən damar divarının zədələnmiş nahiyyəsinə bitişmiş halda olur. Onun tərkibinə trombosit dəstələri və fibrin lifləri ilə əhatə olunmuş formalı elementlər daxildir. Trombun quruluşu və xarici görünüşü onun yaranma sürətindən asılıdır.
Quruluşuna görə trombun 4 növü ayırd edilir:
- Ağ tromb.
Tərkibi trombositlər, fibrin lifləri və leykositlərdən ibarətdir. Onlar qanın sürətlə hərəkət etdiyi damarlarda tədricən əmələ gəlirlər.
- Qırmızı tromb.
Tərkibi trombosit, fibrin lifləri və eritrositlərdən ibarət olur. Trombun bu növü qan cərəyanının zəif olduğu damarlarda əmələ gəlir.
Qarışıq tromb.
Nisbətən çox təsadüf olunan tromb növüdür. Onlar təbəqəli quruluşa malik olurlar. Qarışıq trombun bir hissəsi ağ trombu, bir hissəsi isə qırmızı trombu xatırladır. Onlar tromb venalarında, aorta anevrizmi nahiuyəsində və ürək boşluğunda əmələ gəlir.
Hialin tromb.
Görünüşünə görə trombun başqa növlərindən kəskin fərqlənir. O parçalanmış eritrositlərdən, trombositlərdən və presipitasiyaya uğramış plazma zülallardan ibarətdir.


Etiketlər:  Tromboz nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ