Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Consonun Ukrayna ilə bağlı 4 bəndlik Planı

Consonun Ukrayna ilə bağlı 4 bəndlik Planı

Tarix: 19 Iyun 2022 17:16

Britaniya Qərb tərəfdaşlarına Rusiya ilə uzun sürən müharibə ilə bağlı bəyanatlar fonunda Ukraynaya dəstək strategiyası təklif edir.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Boris Conson "Sanday Tayms" qəzetindəki yazısında qeyd edib.

"Biz uzun sürən müharibəyə hazırlaşmalıyıq, çünki Putin Ukrayna qüvvələrini getdikcə daha çox məhv etməyə çalışaraq tükəndirmə kampaniyasına keçib. Böyük Britaniya və dostlarımız buna cavab verməli, Ukraynanın qalib gəlməsi üçün lazımi strateji resurslarla təmin etməlidirlər", - Conson bildirib.

Onun sözlərinə görə, bununla bağlı xərclərə və digər problemlərə baxmayaraq, Qərbin Ukraynanı dəstəkləməsinin əsas səbəbi Rusiyanın imperiya ambisiyaları və aqressiv planlarıdır:

"Hər şey Ukraynanın işğal olunmuş əraziləri geri almaq qabiliyyətini tez bir zamanda artırıb-artıra bilməyəcəyindən asılıdır, eyni zamanda ruslar yeni hücum üçün resurs toplayacaqlar. Bizim vəzifəmiz odur ki, vaxt bu vəziyyətdə Ukraynanın müttəfiqinə çevrilsin".

Conson bildirib ki, Ukraynanın müharibədə qələbəsi naminə müttəfiqlər aşağıdakıları etməlidirlər:

1. Ukrayna silah, sursat və texnika ilə təmin edilməlidir. Britaniya 120 gün ərzində 10 minə yaxın ukraynalı əsgərə təlim keçməyi planlaşdırır.

2. Maddi yardım. Qərb ölkələri Ukraynaya maliyyə yardımı ilə dövlət institutlarının sabitliyini qoruyub saxlamağa kömək etməlidir, çünki Ukrayna hökuməti sosial infrastrukturu saxlamalı, maaş və pensiyaları ödəməli, dağılmış binaların bərpasını maliyyələşdirməlidir.

3. Ukraynanın ixracı üçün quru marşrutları təmin edilməlidir. Bu, Ukrayna iqtisadiyyatına gəlirləri saxlamaq üçün vacibdir.

4. Ukrayna dəniz limanları blokadadan çıxarılmalıdır. Qərb dünyanın az inkişaf etmiş ölkələrinin ərzaq böhranından çıxması üçün tələb etdiyi 25 milyon ton buğda və qarğıdalı ixracına dərhal kömək etməlidir.


Etiketlər:  Consonun Ukrayna ilə bağlı bəndlik Planı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ