Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Formula-1”də inanılmaz UDUŞ

“Formula-1”də inanılmaz UDUŞ

Tarix: 19 Iyun 2022 20:54

"Formula-1" yarışlarında ən ağlasığmaz kupon bəlli olub.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, finlandiyalı proqnozsevər 166 min 990 əmsallıq uduşa sevinib.

Adı açıqlanmayan şimallı bu uğuruna iki il öncə Montsadakı yarışda sevinib. O, fransalı Pyer Qaslinin həyatında ilk dəfə mərhələ qalibi olacağını düz tapıb. Baxmayaraq ki, "Alfa Tauri"nin pilotu təsnifatda 10-cu yerlə kifayətlənib.

Finlandiyalı Karlos Saynsın ikinci, Lens Strollun üçüncü olacağını da öz kuponunda qeyd edib. Sensasiya ilə başa çatan yarışın ilk "üçlüy"ə dəqiq mərc etməsi isə ona 166 min 990 əmsallıq qazanc gətirib.

O, kuponuna cəmi 20 sent qoyub. Nəticədə "Formula-1"də 33 min 398 avro əldə edib.


Etiketlər:  Formula 1də inanılmaz UDUŞ


RƏYLƏR