Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İntim foto və video oğurlayana SƏRT CƏZA VERİLDİ

İntim foto və video oğurlayana SƏRT CƏZA VERİLDİ

Tarix: 19 Iyun 2022 22:28

ABŞ məhkəməsi iCloud-un parollarını sındıraraq oradan minlərlə intim foto və video oğurlayan 41 yaşlı amerikalı Hao Ku Chini 9 il azadlıqdan məhrum edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Çi uzun illərdir iCloud-dan intim fotoları oğurlayaraq qurbanları şantaj etməklə məşğul olub.

O, şantaj üzrə ixtisaslaşmış Anon-IB darknet forumunda çalışıb. Hekayənin qəhrəmanı icloudripper4you ləqəbi ilə çıxış edib və əsasən gənc qadınların yer aldığı foto və videolar dərc edib. İstintaqın məlumatına görə, bütün fəaliyyəti dövründə Çi 4700-ə yaxın hesabı sındırıb və 300 dəfədən çox oğurlanmış məzmun göndərib.

"Çinin qurbanları ölkə daxilində yüzlərlə qadın idi. O, onları öz təhlükəsizlikləri və nüfuzları üçün qorxudub. Bu hökm ABŞ Prokurorluğunun kibercinayətkarları cəzalandırmaq əzmini əks etdirir", - amerikalı vəkil Rocer Handberq bildirib. (

Milli.Az


Etiketlər:  İntim foto video oğurlayana SƏRT CƏZA VERİLDİ


RƏYLƏR