Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2022 17:16
Aktrisa Amber Hörd keçmiş həyat yoldaşı Hollivud ulduzu Conni Deppə məhkəmədə uduzduqdan sonra 15 milyon dollarlıq təzminatı ödəyə bilməməsi ilə gündəmdən düşmür.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa ötən gün Nyu-Yorkda endirimli məhsulların satıldığı (outlet) mağazadan alış-veriş edərkən görüntülənib. Onun yanında bacısı Uitni Henrikes də olub.
Alış-verişdən olan fotolar sosial şəbəkələrdə yayıldıqdan sonra bir çox izləyici Emberin bu addımı maddi imkanının olmadığını göstərmək üçün qəsdən atdığını yazıb.