Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2022 00:50
Xalq artisti Brilliant Dadaşova qohumu olan müğənni Nərmin Kərimbəyovanın ağır əməliyyatından danışıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, müğənni bu barədə "Şourum" proqramına açıqlamasında deyib. Sənətçi qeyd edib ki, Nərminin atası da sözügedən xəstəlikdən əziyyət çəkir:
"Atası Malik Kərimbəyov Hepatit B xəstəliyindən əziyyət çəkib, anidən ürəyi dayandı. Biz həmişə problemlərimizi gizlədən biri olmuşuq. Nərmin gizlədə bilmədi".
Qeyd edək ki, Nərmin qısa müddət əvvəl uzun illərdir Hepatit B xəstəliyindən əziyyət çəkən qardaşı Kamran Kərimbəyova donor olmuş, qaraciyərini böyük bir hissəsini ona vermişdi.