Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Litva Rusiya mallarını Kalininqrada buraxacaq: bir şərtlə...

Litva Rusiya mallarını Kalininqrada buraxacaq: bir şərtlə...

Tarix: 21 Iyun 2022 08:58

Litva bəyan edib ki, iyunun 17-dək yüklənmiş bütün Rusiya mallarının respublika ərazisindən keçməsinə icazə veriləcək.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Rusiyanın Litvadakı müvəqqəti işlər vəkili Sergey Ryabokon məlumat verib.

Onun sözlərinə görə, iyunun 17-dən sonra yüklənmiş malların Litva ərazisindən keçməsinə icazə verilməyəcək:

"Qeyd etmək lazımdır ki, söhbət müəyyən vəzifələrdən gedir, başqa məsələdir ki, onların sayı hədsiz çoxdur. Və Kalininqrad vilayətinin qubernatoru Anton Alixanov deyir ki, bu, Kalininqradın aldığı bütün əmtəə məhsullarının təxminən yarısıdır", - o qeyd edib.

Milli.Az


Etiketlər:  Litva Rusiya mallarını Kalininqrada buraxacaq bir şərtlə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ