Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Bu gün Özbəkistanı qüdrətli müstəqil dövlət kimi görməyə şadıq

İlham Əliyev: Bu gün Özbəkistanı qüdrətli müstəqil dövlət kimi görməyə şadıq

Tarix: 21 Iyun 2022 16:21

Bu gün biz Özbəkistanı sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlət kimi görməyə çox şadıq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Özbəkistanda dövlət səfərində olan Prezident İlham Əliyev Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Mənim bugünkü dövlət səfərim təkcə bizim niyyətlərimizin təsdiqi deyil, həm də qardaşlıq, dostluq münasibətlərimizin möhkəm təməlinin təsdiqidir. Özbəkistanda Heydər Əliyevin özbək xalqına, Özbəkistana münasibətini çox yaxşı bilirlər. Bu gün biz mənim qardaşım Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanı müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlət kimi görməyə çox şadıq. Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanın müstəqilliyinin, müdafiə qabiliyyətinin, iqtisadi potensialının möhkəmlənməsi, sosial məsələlərin həlli, şəhərsalma sahələrində necə böyük uğurlar qazandığını görmək üçün son 5-6 ilə aid statistik rəqəmlərə baxmaq kifayətdir. Biz bütün bunları görürük və dostlar, qardaşlar kimi bütün bunlara görə sevinirik".


Etiketlər:  İlham Əliyev gün Özbəkistanı qüdrətli müstəqil dövlət kimi görməyə şadıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ