Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Muğam axşamları'' layihəsinin iyun konsertində “Bayatı Şiraz” muğamı təqdim olunub

''Muğam axşamları'' layihəsinin iyun konsertində “Bayatı Şiraz” muğamı təqdim olunub

Tarix: 22 Iyun 2022 14:24

Beynəlxalq Muğam Mərkəzinin "Muğam axşamları" layihəsinin iyun konsertində "Bayatı Şiraz" muğamı təqdim olunub. Konsert proqramında  BMM-nin solistləri Rəvanə Qurbanova, Səbinə Ərəbli və Günay İmamverdiyeva çıxış ediblər. Xanəndələri BMM-nin solistləri, tarzən Rövşən Qurbanov, qanun ifaçısı Əməkdar artist Təranə Əliyeva,  kamançada Ceyhun Muradov, nağarada Amil Mustafayev, udda Vasif Yusipli və ikinci tarda Ruslan Muradov müşayiət ediblər.

Beynəlxalq Muğam Mərkəzinin 2022-2023-cü musiqi mövsümündə təqdim etdiyi "Muğam axşamları" layihəsinin ideya müəllifi BMM-nin direktoru, Xalq artisti Murad Hüseynovdur. Qeyd edək ki, layihə 2017-ci ildən həyata keçirilir və beynəlxalq işıqlandırılmasında "Baku" jurnalının rolu böyük əhəmiyyət kəsb edib. "Muğam axşamları"nın konsertləri   "Mədəniyyət" televiziyası vasitəsilə lentə alınır, İctimai Radio ilə dinləyicilərə təqdim edilir.

Dahi bəstəkar Ü.Hacıbəyli Bayatı-Şirazı dinləyicidə qəmginlik hissi oyadan muğam adlandırmışdır . Öz axıcı və dərin təsir gücünə görə "Bayatı Şiraz"a "musiqinin gəlini" (yəni "ərusi-musiqi"). Ə. Bakıxanov isə "Bayatı Şiraz"ın həzin bir melodiyaya malik muğam olduğunu qeyd etmişdir.  "Bayatı-Şiraz" muğamı tarixi keçmişdə "İsfahan" muğamı adlandırılmış və on iki klassik muğamlardan biri olmuşdur. Yəni müəyyən olunmuşdur ki, Bayatı-Şiraz muğamı VI-VII əsrdən bu günə kimi gəlib çıxmış "İsfahan", sonralar isə "Bayatı-İsfahan" adlandırılan muğamın müasir variantıdır. M.M.Nəvvab "Vüzuhül-ərqam" risaləsində "Bayatı-Şiraz" muğamını şöbə kimi göstərmiş 12 muğamdan beşincisini "İsfahan" adlandırmışdır.


Etiketlər:  Muğam axşamları layihəsinin iyun konsertində Bayatı Şiraz muğamı təqdim olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ