Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2022 15:16
Bura Suraxanı rayonu, yeni Suraxanı adlanan ərazisindəki qəbrisitanlıqdır. Bir neçə gün əvvəl sosial şəbəkələrdə bu məzarlıqda yalnız həmin ərazi üzrə qeydiyyatı olanların dəfn edilə biləcəyi ilə bağlı xəbərlər yayılıb. Hətta qəbiristanlığın girişinə belə bir tələbi əks etdirən elan da yazılıb. Məsələ ictimailəşdirildikdən sonra isə həmin lövhə götürülüb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, vətəndaşlar isə qəbiristanlıqda dəfnlə bağlı qoyulan bu tələbi birmənalı qarşılamırlar.
Suraxanı Bələdiyyəsindən də qəbirstanlıqda bu cür qaydanın tətbiq olunmasını təsdiqlədilər. Özünü məzarlığın nəzarətçisi kimi təqdim edən Sərdar Babayev adlı şəxs isə sözügedən tələbin qanuni olduğunu bildirdi. Səbəbin isə bu cür izah etdi.
Millət Vəkili Fazil Mustafa qeyd edilən məsələ ilə bağlı qanunvericilikdə boşluqların olduğunu deyir.
Millət Vəkili həmçinin bildirir ki, bələdiyyələrin səlahiyyətləri nəzərə alınarsa, bu cür elanların yazılması başa düşüləndir.