Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2022 16:54
Ərzaq məhsullarının bahalaşması ilə əlaqədar dövlət büdcəsində əlavə xərclərin maliyyələşdirilməsi nəzərdə tutulur. Belə ki, 193 milyon manat əlavə xərclərin maliyyələşdirilməsinə 2 milyard 440 milyon manat vəsait ayrılacaq. Millət vəkili Vüqar Bayramov bildirir ki, burada əsas məqsəd qiymət artımlarının qarşısını almaqdır.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, ümumilikdə isə dövlət büdcəsinin gəlir və xərcləri 8 faizdən çox artılır. Yəni, bu il büdcə gəlirləri 29 milyard 197 milyon 8 yüz minmanat proqnozlaşdırılır. Millət vəkilinin sözlərinə görə, ayrılan vəsaitlər daha çox iqtisadi sektoru əhatə edəcək.
Vüqar Bayramov bildirir ki, yeni layihədə sosial istiqamətdə 300 milyon manata yaxın vəsaitin ayrılması da nəzərdə tutulur.