Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2022 18:32
Türkiyənin Kayseri şəhərində narkotik ticarəti ittihamı ilə 8 il 4 ay həbs cəzasına məhkum edilən şəxsin anasının məhkəmədən qəribə istəyi olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, belə ki, qadın məhkəmə sədrindən polisin əməliyyat zamanı götürdüyü hermetik qapaqlı qazanını geri istəyib.
Qadının oğlu isə həbs qərarına etiraz edərək özünü müdafiə edib və narkotik alveri ilə məşğul olmadığını, yalnız istifadəçi olduğunu deyərək azadlığa buraxılmasını istəyib.
Məhkəmə zalında olan təqsirləndirilən şəxsin anası isə məhkəmə sədrindən polis qruplarının evdə əməliyyat keçirərkən içində narkotikin olduğunu düşündükləri üçün götürdükləri qazanını geri istəyib.