Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyəyə diqqətçəkən səfər - Akarın dəvəti ilə sabah Ankaraya gəlir

Türkiyəyə diqqətçəkən səfər - Akarın dəvəti ilə sabah Ankaraya gəlir

Tarix: 22 Iyun 2022 22:56

İngiltərənin Müdafiə naziri Ben Uolles Türkiyəyə rəsmi səfərə gələcək.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Uollesin səfərinin Türkiyə müdafiə naziri Hulusi Akarın dəvəti ilə sabah baş tutacağı bildirilib.

Türkiyə Müdafiə Nazirliyində rəsmi mərasimlə qarşılanacaq Uolles və Akar təkbətək görüşəcək və heyətlərarası görüşlərə rəhbərlik edəcəklər.

Ankarada keçiriləcək görüşlərdə ikitərəfli və regional təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlıq, xüsusilə Ukraynadakı hadisələrin müzakirə ediləcəyi gözlənilir.

Akar və Uolles iyunun 15-də NATO sammiti çərçivəsində getdikləri alyansın qərargahında görüşüb. Eyni zamanda, Ukrayna müdafiə naziri Aleksey Reznikovun iştirakı ilə üçtərəfli görüş keçiriblər.

Milli.Az


Etiketlər:  Türkiyəyə diqqətçəkən səfər Akarın dəvəti ilə sabah Ankaraya gəlir


RƏYLƏR