Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”dan yüksək təzminat istədi - Danışıqlar dayandırıldı

“Qarabağ”dan yüksək təzminat istədi - Danışıqlar dayandırıldı

Tarix: 24 Iyun 2022 13:46

"Qarabağ" transfer çalışmalarını davam etdirir.

Milli.Az Qol.az-a istinadən bildirir ki, Ağdam təmsilçisi yarımmüdafiənin orta xəttinə və hücuma futbolçu almaq istəyir. 

Bu gün Braziliyanın ne45.com.br saytı məlumat yayaraq iddia edib ki, klub "Nautiko" komandasının oyunçusu Rhaldneylə anlaşıb. Sayt 24 yaşlı yarımmüdafiəçi üçün 1 milyon dollar təzminat ödəniləcəyi və futbolçunun iyulun 1-dən komandanın düşərgəsinə qoşulacağını da yazıb. 

Qol.az-ın əldə etdiyi xəbərə görə isə "Qarabağ" klubu həqiqətən də Rhaldneylə danışıqlar aparıb. Baş məşqçi Qurban Qurbanov bu futbolçunu komandadan ayrılan Patrik Andradenin mövqeyində oynatmaq istəyib. Lakin Braziliya klubu "Qarabağ"dan yüksək təzminat tələb etdiyindən tərəflər razılığa gələ bilməyib. Danışıqlar dayandırıldığından Rhaldneyin adı transfer siyahısından çıxarılıb.

"Qarrabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə isə Qol.az saytına açıqlamasında bildirib ki, Rhaldney həqiqətən də kluba təklif edilən futbolçular arasında olub, klubun skautları onun oyununu izləyib: "Lakin o, indi  "Qarabağ"ın gündəmində deyil".

Əldə etdiyimiz daha bir xəbərə görə, hazırda Ağdam klubu hücumçu almaq barədə də düşünür.

Milli.Az


Etiketlər:  Qarabağdan yüksək təzminat istədi Danışıqlar dayandırıldı


RƏYLƏR