Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2022 14:00
Bikinili çimərlik geyiminin yaradıcısı Paula Stafford Avstraliyada vəfat edib. Ölümün səbəbi məlum deyil.
O, "Gold Coast" çimərliyində məşhur çimərlik geyimi tarixə düşdükdən təxminən 80 il sonra, 102 yaşında vəfat edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Stafford əvvəlcə memar olmaq niyyətində olsa da, sonradan fikrini dəyişib.
Bikinili çimərlik geyimi klassik çimərlik paltarının iki hissəyə bölünməsi ilə hazırlanıb, bu da onu hazırlamaq üçün lazım olan parça miqdarını azaldıb.
1943-cü ildə onun təqdim etdiyi geyim mühafizəkar Kvinslend ştatında ictimai rezonansa səbəb olub. Tezliklə Staffordun çimərlik geyimləri London və Nyu-Yorkda nümayiş etdirildi. Paula etiraf edib ki, modelin bu qədər geniş yayılacağını gözləmirdi.