Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yazıçılar Birliyinin sədri Prezidentə təşəkkür edib

Yazıçılar Birliyinin sədri Prezidentə təşəkkür edib

Tarix: 24 Iyun 2022 15:15

Azərbaycan Yazıçılar Birliyinin sədri Anardan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncamınızı böyük sevinc və qürur hissiylə qarşıladıq. Ulu Öndərimizin layiqli varisi kimi onun ədəbiyyatımıza daimi diqqətini və qayğısını XXI əsrdə uğurla davam etdirirsiniz.

Bu muzeyi zəngin mədəniyyət ocağı kimi təşkil etmək və yaşatmaq üçün əlimizdən gələni edəcəyik.

Ailəmizin adından, Yazıçılar Birliyi adından, şəxsən öz adımdan Sizə ən dərin və ən səmimi minnətdarlığımı bildirirəm.

Sağ olun, var olun!".

Milli.Az


Etiketlər:  Yazıçılar Birliyinin sədri Prezidentə təşəkkür edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ