Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyada koronavirusa yoluxanların sayı 543 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 543 milyonu ötdü

Tarix: 26 Iyun 2022 12:02

Dünyada koronavirusa yoluxanların sayı 543 329 292 nəfərə çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun yayılmasında indiyədək COVID-19-dan 6 328 556 nəfər dünyasını dəyişib.

İyirmi milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya ilk yerləri tutur.

Qeyd edək ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Milli.Az


Etiketlər:  Dünyada koronavirusa yoluxanların sayı 543 milyonu ötdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ