Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilərmi?

Fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilərmi?

Tarix: 26 Iyun 2022 21:44

Mingəçevir şəhərində qeydiyyatda olan lakin Bakı şəhərində yaşayan şəxs Bakıda VÖEN ala bilərmi?

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar, vergi orqanı tərəfindən vergiödəyicisi olan fiziki şəxslər uçota alındıqda yaşadıqları ünvan barəsində məlumatlar onların şəxsi məlumatlarına daxil edilir.

Bunu nəzərə alaraq vergiödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər.

Uçota alınma "ASAN xidmət" mərkəzlərində, "ASAN xidmət" mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergiödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.


Etiketlər:  Fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilərmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ