Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2022 14:10
"Bir qadın həm kişi, həm xanım işi görəndə başlayırsan özgüvənli olmağa. Deyirsən, özüm özümə yetərəm. Yetərlik hissi gələndə özgüvən olur. Həyatımda elə şeylər yaşandı ki... Gücsüz düşdüyüm ərəfədə yalnız olduğumu hiss etdim. Valideynlərim hər zaman yanımda olub, dəstək olub. Amma qadın olaraq...".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Lətifə Soyuöz "Özəl" proqramında deyib. Sənətçi həyat yoldaşından ayrılmasından, yaşadığı xəyanətdən danışıb:
"Ana olmağa hazırlaşırdım, sıxıntılarım olurdu. O anda yalnızlığı hiss edirdim və mənə pis təsir edirdi. Daha sonra anladım ki, bir daha heç bir zaman, özümü bu qədər gücsüz hiss etməməliyəm. Toparlandım. Bu söhbəti 35 yaşım tamam olanda danışacam. Müəyyən zamanlarda o dönəmə getmək istəmirəm, silmişəm onları. Amma 35 yaşımda danışacam. Ayrılıq yaşanıb və ondan əlavə mən xainliyi qəbul etmirəm. Bir insana xayinlik olursa, içində böyük iz qoyur, yara açır. Yara izə və iz də gücə çevrilir. Mənə görə bu mənim imtahanım və alacağım dərs idi. Dərsimi aldım".