Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2022 16:08
Gürcüstanda qeyri-adi körpü istifadəyə verilib. Körpünü qeyri-adi edən nədir ? Ginnesin rekordlar kitabına düşə biləcək bu körpüdən hazırlanan reportajı təqdim edirik.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bəzisi şəkil çəkdirir, bəziləri də yeni istifadəyə verilən körpüdən təbiətin füsünkar mənzərəsini seyr edirlər.
Körpünü unikal edən orta hissəsində 200 metr hündürlükdə yerləşən brilyant formasında asma şüşəli restorandır.
Yeni yaradılan turizm mərkəzində şəlalələrə aparan cığırlar, velosiped yolları salınıb, eləcə də kotteclər inşa edilib. Qeyri-adi məkanın ziyarətçiləri gözəl təbiət mənzərələrindən heyran qaldıqlarını bildirirlər.
Verilən məlumata görə bura ginnesin rekordlar kitabına ən yüksək asma restoran kimi daxil ola bilər...Körpüyə giriş biletlərinin qiyməti yerli vətəndaşlar üçün 16, Xarici ölkə vətəndaşları üçün isə 28 manatdır.