Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tixanovskayadan Zelenskiyə: Belaruslara hörmətlə yanaş!

Tixanovskayadan Zelenskiyə: Belaruslara hörmətlə yanaş!

Tarix: 29 Iyun 2022 11:32

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət edərək belarusların rus təcavüzkarına qarşı mübarizədə verdiyi töhfəyə hörmətlə yanaşmağa, Ukrayna və Belarus xalqlarının birliyini təşviq etməyə çağırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Tixanovskayanın Zelenski və Ukrayna hökumətlərinə müraciətində deyilir.

"Prezident Zelenski müraciətində bildirib ki, Rusiya hakimiyyəti Belarus və Ukrayna xalqları arasında nifrət toxumu səpməyə çalışır. Bu, doğrudur. Və indi birliyi inkişaf etdirməyin vaxtıdır.

Prezident Zelenski deyib ki, əgər Rusiya raketlərini Belarus ərazisindən atan kimsə məsuliyyətdən yayınmağa ümid edirsə, səhv etmir - bu doğrudur. Hərbi təcavüzə, Belarus torpaqlarından Rusiya texnikasının sınaq meydançası kimi istifadəsinə, ukraynalılara və belaruslara qarşı zorakılığa görə məsuliyyət daşıyanların hamısı ədalətli məsuliyyət daşıyacaqlar. Bu, bütün Belarus xalqı deyil, Lukaşenka və onun əlaltıları olacaq", - deyə o bildirib.
Milli.Az


Etiketlər:  Tixanovskayadan Zelenskiyə Belaruslara hörmətlə yanaş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ