Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü

Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü

Tarix: 20 Sentyabr 2019 21:04

Bakı. Samir Əli - Trend:

Bərdə rayonunda döyülmə hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Təhlə kəndində qeydə alınıb.

Kənd sakini - 1978-ci il təvəllüdlü Həsənov Hafiz Əli oğlu yaşadığı evin qarşısında döyülərək başından ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, rayonun Qaradəmirçi kənd sakini - 1989-cu il təvəllüdlü Musayev Vüsal Sabir oğlu Təhlə kəndinə gələrək H.Həsənovla mübahisə edib. Mübahisə nəticəsində V.Musayev H.Həsənovu döyərək başına küt alətlə zərbələr endirib.

Faktla bağlı cinayət işi başlanıb.


Etiketlər:  Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


RƏYLƏR