Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2022 19:32
Rusiyanın Çelyabinsk vilayətində yerləşən "Karaqayski" uşaq sağlamlıq düşərgəsinin müəllimlərindən biri uşağı döyüb.
Sonxeber.net Rusiya mətbuatına istinadən bildirir ki, uşaqlar hadisəni lentə alıblar.
Video "VKontakte" sosial şəbəkəsində "Qara və Ağ. Magnitogorsk" qrupunda paylaşılıb.
Yayımlanan kadrlarda qadın qızlardan birinin əlindən zorla mobil telefonunu götürməyə çalışsa da, o, müqavimət göstərərək qışqırır. Başqa bir uşaq onları ayırmağa çalışır.
"Baş verənləri seyr edən qızlar qorxudan küçəyə qaçıblar. Saat təxminən 23:00 idi, çöldəki temperatur 10 dərəcədən aşağı idi. Nazik və qısa pijamalı uşaqlar. Və bu "tərbiyəçi" sadəcə başqa bir yerə köçürüldü", - videonun müəllifi qeyd edib.
Hadisənin baş verdiyi həmin bölmənin başqa bir rəhbəri bildirib ki, videodakı qadın uşaqları ilk gündən itaətsizliklərinə görə kəmərlə döyəcəyi ilə hədələyib.
"Digər müəllimlər danışıb ki, o, uşaqları tualetdə saxlayıb, döyüb, ayaqlarından tutub sürükləyib. Əvvəlcə düşündüm ki, bu, uşaqların qərəzli münasibəti və spekulyasiyasıdır. Amma sonradan şəxsi mesajlarımda gördüm ki, uşağı döyürlər. İyirmi səkkiz qız göz yaşı içində idi", - deyə o yazıb.
İrfan Vəliyev