Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2022 03:50
Cənub Dairə Hərbi Məhkəməsi Rusiyada qadağan olunmuş "İslam Dövləti" terror təşkilatını maliyyələşdirməkdə təqsirli bilinən Tacikistan əsilli Fayzali Xalimxonovu 9 il müddətinə azadlıqdan məhrum edib.
Sonxeber.net bildirir ki, bu haqda məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Kişi təyin olunan müddətin ilk üç ilini həbsxanada keçirəcək. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.1-ci maddəsi ("Terrorçuluq fəaliyyətinə yardım") ilə təqsirli bilinib.
Məhkəmə müəyyən edib ki, Volqoqradda olan Xalimxonov terror təşkilatının üzvünün ona verdiyi bank kartı hesabına üç min rubl (təxminən 56 dollar) köçürüb.
İrfan Vəliyev