Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2022 19:10
Müğənni Sevda Yahyayeva MTV Azərbaycan televiziyasında şəxsi həyatından danışıb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Sevda Yahyayeva həyat yoldaşı, həkim-genetik Zakir Bayramovun xarakteri ilə bağlı fikirlər söyləyib.
"Necə görsənirsə, həyatda da elədir. Çox şən, pozitiv, istiqanlı və zarafatcıl insandır. Səyahəti, incəsənəti çox sevir. Xasiyyət baxımından da uyğunluğumuz var. Əslində nəfsə inanıram, amma qorxmuram. Hərdən üzərlik yandırıram. Ona görə də həmişə dua edəndə deyirəm ki, Allah bizi pis gözlərdən və pis insanlardan qorusun. Pis, qəlbiqara insanlar bizi tapmasınlar. Nəfs var və buna inanıram", - deyə sənətçi qeyd edib.