Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2022 17:32
Paytaxt Bakının avtomobil bazarında durğunluq yaşanır.
Sonxeber.net Xəzər xəbər-ə istinadən xəbər verir ki, satıcılar deyirlər ki, bazarda əsasən az yanacaq işlədən maşınlara üstünlük verilir.
Alıcılar isə bildirirlər ki, maşınların qiyməti bahalaşıb. Qiymət fərqi ötən illə müqayisədə 2-4 min arası dəyişir.
Satıcılar bildirirlər ki, ümumiyyətlə, yay fəslində maşınların qiymətində bahalaşma olur. Səbəb isə bu fəsildə maşına tələbatın çox olmasıdır.
Bazarda Çindən gələn maşınlara tələbatın artdığı bildirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: