Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maaşı gecikdiyi üçün müdiri diri-diri yandırıb

Maaşı gecikdiyi üçün müdiri diri-diri yandırıb

Tarix: 4 Iyul 2022 20:16

Rusiyada Sverdlovsk vilayət məhkəməsi son dərəcə amansızlıqla qətl törətməkdə təqsirləndirilən Uralda Nijnyaya Tura şəhərinin 46 yaşlı sakininin cinayət işinə baxmağa başlayıb.

Milli.Az bildirir ki, bu haqda İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Qurumdan verilən məlumata görə, 22 mart 2021-ci il tarixində qeyri-rəsmi olaraq tanışına sürücü işləyən şəxs maaşını gecikdirdiyi üçün qarajda müdiri ilə mübahisə edib. O, benzin götürüb, qarajın və müdirin üzərinə töküb, sonra onu diri-diri yandırıb. Zərərçəkmiş aldığı yanıqlardan xəstəxanada ölüb.

İstintaq zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 20-yə yaxın dindirmə aparıblar. Psixoloji-psixiatrik ekspertiza təqsirləndirilən şəxsin sağlam olduğunu göstərib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Maaşı gecikdiyi üçün müdiri diri diri yandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ