Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2022 22:08
Rusiyada Primoryenin Yakovlevski rayonunda beş yaşlı qızın itkin düşməsində iştirak edən şəxs onu meşəyə aparıb və ona gözləməsini tapşırıb.
Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin nümayəndəsi məlumat verib.
"Müəyyən edilib ki, anasının evinə qonaq gələn 49 yaşlı kişi iyulun 2-də qızı meşəyə aparıb və ona gözləməsini deyərək orada qoyub. Qız yuxuya gedib və oyananda meşədə gəzməyə başlayıb. O, birgə əməliyyat-axtarış tədbirləri nəticəsində tapılıb", - deyə Komitədən bildirilib.
Bütün polis qruplarına uşaq və kişinin təsvirləri göndərilib, axtarış qrupları və könüllülər itkinləri axtarıb. İyulun 3-də qız meşədə tapılıb, kişini isə hələ də axtarırlar. Uşağın bədənində heç bir zorakılıq əlaməti olmayıb.
İrfan Vəliyev