Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan Prezidentindən hökumət və müxalifətə kəskin cavab

Gürcüstan Prezidentindən hökumət və müxalifətə kəskin cavab

Tarix: 4 Iyul 2022 22:36

Bu qarışıqlıq fonunda bir məqam diqqəti çəkir: hər kəs - hakimiyyət də, müxalifət də milli razılığın əhəmiyyətini qəbul edir, lakin elan olunan planlar, həm Kobaxidzesayağı (antiavropa bəyanatları edən, eyni zamanda Avropanın tələblərini yerinə yetirən plan təqdim edən), həm də "sən istefa et, mən gəlim" deyən radikal müxalifətin planının nə milli razılıqla, nə də namizəd statusu almaq üçün lazımi hərəkət planı ilə heç bir əlaqəsi yoxdur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

Onun sözlərinə görə, hakimiyyət də, müxalifət də milli razılığın əhəmiyyətini qəbul edir, lakin elan olunan planlar buna ziddir:

"Vətəndaşlarımızın Avropa ruhunun ifadəsi böyük gücdür və ölkəmizin ləyaqətini qoruyur. Bu ifadəni yolundan döndərməməliyik və hamımız - məsuliyyət daşıyanlar cəmiyyətin gözləntilərinə əməllə və fəaliyyət planı ətrafında formalaşan şifahi deyil, real milli razılıq ilə cavab verməyə borcluyuq! Və bundan sonra kimin nə istədiyi aydın olacaq - Avropa istəyirlər, yoxsa hakimiyyət!".

Milli.Az


Etiketlər:  Gürcüstan Prezidentindən hökumət müxalifətə kəskin cavab


RƏYLƏR