Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2022 23:34
İrəvanda erməni müxalifətçilər aksiya keçirərək ölkədəki qanun səviyyəsindən narazılıqlarını bildiriblər.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, "Müqavimət" hərəkatının nümayəndələri Prezident İqamətgahının qarşısına xiyar qoyublar.
"Baxmayaraq ki, Prezident Konstitusiyanın qorunması ilə məşğul olmalıdır, lakin o Ermənistanda tərəvəz və bostan bitkilərinin nümayəndəsidir, heç bir iş görmür və bir nəfərin göstərişinə əməl edir. Biz ona bu tərəvəzi fəaliyyətsizliyinin simvolu kimi gətirmişik, jestimizdə heç bir şəxsi təhqir yoxdur", - deyə aksiya iştirakçıları qeyd ediblər.
Deputat Tadevos Avetisyan qeyd edib ki, ölkədə qanunun aliliyi yoxdur, Konstitusiya və Konstitusiya Məhkəməsi Baş nazirin və onun komandasının maraqlarına xidmət edir.