Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Tengiz” yatağında partlayış baş verib: Ölənlər var - VİDEO

“Tengiz” yatağında partlayış baş verib: Ölənlər var - VİDEO

Tarix: 6 Iyul 2022 13:38

"Tengiz" neft-qaz yatağında partlayış baş verib.

Hadisənin bu gün səhər saat 09:55-də Jılıoy rayonunda baş verdiyi bildirilir. İlkin məlumata görə, partlayış nəticəsində iki nəfər ölüb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, partlayış və ölənlərlə bağlı məlumatı "Tengizşevroil" şirkətinin mətbuat xidməti və Atırau vilayəti Polis Departamentinin mətbuat xidməti təsdiqləyib. Şirkətin verdiyi məlumata görə, sınaq zamanı yataqda boru partlayıb. Ehtimal olunur ki, o, böyük təzyiqə tab gətirə bilməyib. Hazırda yataqda bütün işlər dayandırılıb.

Məsul orqanlar hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıblar.


Etiketlər:  Tengiz yatağında partlayış baş verib Ölənlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ