Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2022 19:05
Özbək əsilli 68 yaşlı rusiyalı milyarder Əlişir Usmanov Rusiyanın bədii gimnastika üzrə milli komandasının 73 yaşlı baş məşqçisi İrina Viner-Usmanovayla bağlı məhkəmədə qaldırdığı boşanma iddiasını geri götürüb.
Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, məhkəmə "iddiaçının iddiadan imtina etməsi səbəbindən" icraatı dayandırıb. Milyarderin hansı səbəbdən ərizəni geri götürməsi məlum deyil.
Qeyd edək ki, Əlişir ilə İrina 1992-ci ildən evlidirlər. Milyarderin sərvəti hazırda 15,4 milyard dollardır.