Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ana rinoplastika üçün körpəsini 100 minə satdı

Ana rinoplastika üçün körpəsini 100 minə satdı

Tarix: 6 Iyul 2022 19:24

Dağıstanda 33 yaşlı qadın yeni doğulmuş uşağını plastik əməliyyat etdirmək üçün 100 min rubla (təxminən 1610 dollar) başqa ailəyə satıb.

Sonxeber.net bildirir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyinin Telegram-kanalında məlumat verilib.

İdarədən verilən məlumata görə, rusiyalı qadın hamilə olarkən körpəni doğum evinə qoymaq istəyib, lakin qonşusu körpəni Serqokalinski rayonundan olan tanış ailəyə verməyi təklif edib.

Əvvəlcə qadın alıcılardan cəmi 20 min rubl istəyib. Cütlük uşağı götürüb, lakin sonradan körpənin bioloji anası rinoplastika əməliyyatı etdirmək üçün onlardan daha 100 min rubl tələb edib.

"Onunla çox danışmadım, pul üstündə mübahisə etmək istəmədiyim üçün. Ödəmək istəmirdim, amma ödədim", körpəni götürən qadın deyib.

İrfan Vəliyev


Etiketlər:  rinoplastika üçün körpəsini minə satdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ