Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

9 ildə 500 dəfədən çox xəstəxanaya düşüb

9 ildə 500 dəfədən çox xəstəxanaya düşüb

Tarix: 6 Iyul 2022 20:08

Böyük Britaniya sakini, doqquz il ərzində 500 dəfədən çox xəstəxanaya düşüb, ağır allergiyası olan həyatından danışıb.

Sonxeber.net bildirir ki, "Daily Mirror" yazır ki, gülüş, güclü emosiyalar, yemək, zədələr, həşərat dişləmələri, bitkilər, təmizləyici vasitələr, ətirli şamlar və digər səbəblərə görə onda ölümcül reaksiya başlaya bilər.

27 yaşlı Nataşa Kouts ilk dəfə 18 yaşında anafilaktik şok yaşayıb. Qız böyük bir tədbirdə idi və birdən titrədi, başgicəllənmə və nəfəs darlığı hiss etdi. O, təcili olaraq xəstəxanaya yerləşdirildi və həkimlərlə danışdıqdan sonra bunun bir daha baş verməyəcəyini fikirləşdi. Lakin hadisədən sonrakı iki həftə ərzində o, eyni simptomlarla daha səkkiz dəfə xəstəxanaya yerləşdirilib.

İki illik müayinə və müşahidələrdən sonra britaniyalı qadına hüceyrələrin aktivləşməsi sindromu diaqnozu qoyulub. Bu isə nəticədə həyat üçün real təhlükə olan anafilaksiyaya gətirib çıxara bilər.

Qızın sözlərinə görə, o, heç vaxt dəqiq nəyin allergiyaya səbəb olacağını bilmir. Sevinc, qəzəb və ya kədər kimi güclü duyğular səbəbindən onun vəziyyəti pisləşə bilər. Emosional fonda hər hansı bir dəyişiklik stressə səbəb olur, bunun nəticəsində allergik reaksiya aktivləşir.

Kouts xatırlayır ki, bir gün dostları ilə gülən zaman dili və boğazı çox şişmişdi. "Dostlarımdan biri təcili yardım çağırdı, digəri isə məni boğulmamaq üçün epinefrindən istifadə etməyə kömək etdi", - o deyib. "Saçımı sığalladılar və yaxşı olacağımı dedilər. Sonra huşumu itirdim və təcili yardıma aparıldım. Gecənin əla sonu".

Daimi gərginlik içində həyatdan bezən qız 20 yaşında öz dəfnini planlaşdırıb: vidalaşmanın necə olacağını və eyni zamanda hansı musiqinin səslənəcəyini fikirləşib. Xəstəliyinə baxmayaraq, Kouts həyatdan həzz almağa çalışır, lakin bəzən bunun asan olmadığını da gizlətmir. O, ailəsinin və dostlarının dəstəyini etiraf edir.

İrfan Vəliyev


Etiketlər:  ildə dəfədən çox xəstəxanaya düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ