Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2022 07:46
Dünyada koronavirusa yoluxanların sayı kəskin artıb.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.
Onun sözlərinə görə, son iki həftə ərzində koronavirusa yoluxma hallarının sayı təxminən 30 faiz artıb. Baş direktor qeyd edib ki, bu, koronavirusun "omikron" ştammının mövcud variantlarının yayılması ilə əlaqədardır. Eyni zamanda, bu variantın yeni alt növləri də aşkarlanır.
"Avropa və Amerikada yoluxma hallarının əksəriyyəti ["omikron" ştammın] BA.4 və BA.5 alt variantlarıdır", - deyə Tedros Adanom Qebreyesus bildirib.
O əlavə edib ki, Hindistanda "omikron" ştammın BA.2.75 alt variantı aşkarlanıb.